Bakı-2015 birinci Avropa Oyunlarında güləşçimiz Nataliya Sinişin bürünc medal qazanıb.

ANS PRESS-in məlumatına görə, qadınlar arasında güləş yarışlarında Azərbaycanı 55 kq çəki dərəcəsində təmsil edən Nataliya Sinişin bu gün 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Tetyana Kit ilə üz-üzə gəlib.

Rusiyalı hakimin idarə etdiyi və gərgin mübarizə şəraitində keçən görüşdə N.Sinişin rəqibini məğlub edib. T.Kitə vaxtından əvvəl - 10:0 hesabı ilə tam qalib gələn güləşçimiz Avropa Oyunlarının bürünc medalını qazanıb.

55 kq

1/8 final - Patrizia Liuzzi (İtalita) - Nataliya Sinişin 0:10
1/4 final - Nataliya Sinişin - Bediha Gün (Türkiyə) 12:0 (təmiz qələbə)
1/2 final - Nataliya Sinişin - Sofia Mattsson (İsveç) 5:6
Bürünc medal görüşü - Tetyana Kit (Ukrayna) - Nataliya Sinişin 10:0