Bakı, 16 iyun, Rəşad İsmayılov, AZƏRTAC
Güləş Azərbaycanda ən çox inkişaf etmiş idman növlərindən biridir. Bakıda təşkil olunan mötəbər yarışlarda dəfələrlə mübarizə aparmışam. Onu deyə bilərəm ki, Azərbaycan əsl idman ölkəsidir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində birinci Avropa Oyunlarında qızıl medal qazanmış isveçli qadın güləşçi Sofia Matson deyib.
“Ən güclü rəqiblərim Azərbaycan və Polşa idmançıları oldu. Var gücümü toplayaraq onlara qalib gəlməyi bacardım. Yarışla əlaqədar burada vaxtımın çox hissəsini məşqlərə sərf etmişəm. Artıq sabahdan etibarən Bakının görməli yerləri ilə tanış olacağam”, - deyə isveçli atlet qeyd edib.
Gələcək planları barədə məlumat verən güləşçi əsas məqsədinin Las-Veqasda təşkil olunacaq lisenziya xarakterli dünya çempionatında "Rio-2016"-ya vəsiqəni təmin etmək və planetin ən böyük turnirində mükafatçılar sırasında yer almaq olduğunu vurğulayıb.