Yamayka millisinin hücumçusu Deşorn Braun Amerika Kubokunun qrup mərhələsində Argentinaya qarşı son oyunda Messi ilə selfi çəkdirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 78-ci dəqiqədə əvəzlənən Braun matç başa çatandan sonra meydana daxil olaraq "Barcelona"nın ulduzu ilə yanaşı durduğu anı telefonun yaddaşına köçürüb. Daha sonra 24 yaşlı forvard selfini nümayiş etdirməyi də unutmayıb.
Milli.Az