"Neymarın Amerika Kubokunda çıxışını başa vurması təəssüf doğurur". Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi Yamayka ilə matçdan (1:0) sonra deyib. Ulduz futbolçu "Barselona"da komanda yoldaşı olan Neymarın diskvalifikasiyası barədə fikir bldirməkdən imtina edib.
"Bu mövzunu müzakirə etmək istəmirəm. Neymar mənim dostumdur. Ona həmişə yaxşılıq arzulamışam. Braziliya millisində Neymarın xüsusi yeri var. Onun meydana çıxanda hansı hissləri keçirdiyi mənə məlumdur. Səbirli olmağı tövsiyə edirəm. 4 oyunluq diskvalifikasiyanın nə dərəcədə ədalətli olmasına isə münasibət bildirməyəcəm".
Milli.Az