ANS PRESS-in məlumatına görə, baş məşqçi hələ hansı komanda ilə qarşılaşmağın onları maraqlandırmadığını deyib:
"Növbəti mərhələdə “Qarabağ”la, yoxsa “Rudar”la qarşılaşacağımız hazırda məni maraqlandırmır. III mərhələyə hələ çox var. İlk növbədə biz mərhələni adlamalıyıq. Bunu bacarsaq, ondan sonra rəqib barədə geniş danışa, araşdırma apara bilərik. Bircə onu deyə bilərəm ki, Çempionlar Liqasında zəif rəqib olmur. Öz oyunumuza gəlincə, “Styarnan”la matçda futbolçulardan razı qaldım. Daha çox qol vurmalı idik, ancaq 2:0 hesabı da bizim üçün ciddi üstünlükdü”.

“Seltik” klubunun baş məşqçisi Ronni Deyla
Qeyd edək ki, “Seltik” (Şotlandiya) - “Styarnan” (İslandiya) cütünün qalibi III təsnifat mərhələsində "Qarabağ" - "Rudar" (Çernoqoriya) cütünün qalibi ilə qarşılaşacaq.
"Qarabağ"ın qara bəxti - "Seltik"
"Qarabağ" "savaşı" başlayıb