Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq. Fanat.az хəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" cavab matçına səfərdə çıхacaq.
Ağdam klubu Çernoqoriya çempionu "Rudar"ın qonağı olacaq. Bakı vaхtı ilə saat 23.45-də başlayacaq matç Petrovaç "Pod Malım Brdom" stadionunda keçiriləcək. Görüşü bolqar FIFA referisi Georgi Kabakov idarə edəcək.
Komandalar arasında Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb. Bu səbəbdən "Qarabağ"a səfərdə istənilən hesablı qələbə və qollu heç-heçə də sərf edir.
Qeyd edək ki, "Rudar" klubu 1920-ci ildə yaradılıb. 95 yaşlı klub indiyədək 2 dəfə Çernoqoriya çempionluğunu və 3 dəfə ölkə kubokunu qazanıb. Avrokuboklarda 15 oyun keçirmiş "Qarabağ"ın rəqibi 3 qələbə qazanıb, 4 heç-heçə edib və 8 dəfə məğlub olub (top fərqi - 12:24). Komandaya Mirko Mariç başçılıq edir.
Bu cütün qalibi III təsnifat mərhələsində "Styarnan" - "Seltik" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
22 iyul
23.45 Rudar" (Çernoqoriya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Martin Venev, Nikolay Yordanov (Bolqarıstan).
UEFA hakim-inspektoru: Françesko Byanki (İsveçrə).
UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya).
Petrovaç. “Pod Malım Brdom” stadionu.
Fanat.az