"Mançester Siti"nin hücumçusu Stevan Yovetiç bu gün Milan aeroportunda görüntülənib.

Metbuat.az "İnter"in rəsmi saytına istinadən xəbər verir ki, sabah çernoqoriyalı futbolçu tibbi yoxlanışdan keçəcək və 2 illik icarə müqaviləsinə imza atacaq.

"İnter" müddətin sonunda 13 milyon avro ödəyib Yovetiçi heyətinə qata biləcək.

2014-15 mövsümündə 26 matçda meydana çıxan forvard 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.