"Mançester Siti"nin hücumçsu Stevan Yovetiç karyerasını "İnter"də davam etdirəcək.

Metbuat.az "neradzurrilər"in "Twitter" hesabına istinadən xəbər verir ki, artıq Yovetiç tibbi yoxlanışdan keçir. Müayinənin ardından çernoqoriyalı futbolçuyla icarə müqaviləsi imzalanacaq.

Qeyd edək ki, icarə müddətinin sonunda "İnter" 13 milyon avro qarşılığında Yovetiçin transfer haqlarını ala bilər.

Fotoları təqdim edirik.

"İnter"in yeni transferi tibbi yoxlanışdan keçir (FOTOLAR)
"İnter"in yeni transferi tibbi yoxlanışdan keçir (FOTOLAR)