"Komandadan razıyam, futbolçularımızın oyunu məni qane etdi".

Bu sözləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Qlazqoda “Seltik”lə keçirilən oyundan sonra deyib.

“Biz güclü komanda ilə oynayacağımızı bilirdik və bu oyunun Qlazqoda keçməsinin çətinliklərindən də xəbərdar idik. Düşünürəm ki, Azərbaycan azarkeşlərinin dəstəyilə keçəcək cavab görüşündə çox maraqlı oyun görəcəyik. Bizim keltlilər kimi möhtəşəm tərəfdarlarımız var”.

Qeyd edək ki, iyulun 29-da UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Qlazqoda keçirilən “Qarabağ” – “Seltik” matçı 0-1 hesabı ilə Şotlandiya çempionunun xeyrinə başa çatıb. Cavab oyunu avqustun 5-də Bakıda, Tofiq Bəhramov adına stadionda olacaq.

"Seltik" bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiyanın "Styarnan" (2:0, 4:1), "Qarabağ" isə Çernoqoriyanın "Rudar" (0:0, 1:0) klubunu mübarizədən kənarlaşdırıb.

29 iyul
23.45 Seltik (Şotlandiya) - Qarabağ (Azərbaycan) 1:0

Qol: Dedrik Boyata, 80 (ötürmə - Kris Kommons).

Seltik: 1. Krayq Qordon, 4. Efe Ambrose, 3. Emilio İzaquirre, 5. Virgil Van Diyk, 6. Nir Biton (9. Leyq Qriffits, 69), 7. Nadir Çiftçi (15. Kris Kommons, 80), 8. Skott Broun (k), 14. Stuart Armstronq (49. Ceyms Forrest, 62), 16. Hari Makkay-Steven, 20. Dedrik Boyata, 23. Mixael Lustiq, 25. Stefan Yohansen.

Ehtiyat oyunçular: 26. Loqan Bailli, 4. Efe Ambrose, 18. Tom Roqiç, 22. Saydi Yanko.

Baş məşqçi: Ronni Deyla.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 10. Dani Kintana (91. Coşqun Diniyev, 82), 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 67. Alharbi Əl Jadeyui (29. Raydell Poepon, 87), 77. Cavid Tağıyev (11. Elvin Məmmədov, 73).

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə.

Baş məşqçi: “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov.