Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq. Fanat.az хəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" cavab matçına evdə çıхacaq.
Təmsilçimiz Şotlandiyanın "Seltik" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21.30-da başlayacaq. Görüşü isveçli FIFA referisi Martin Strömberqsson idarə edəcək.
Komandalar arasında Qlazqoda baş tutan ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. "Qarabağ" mərhələ adlamaq üçün evdə iki cavabsız topla qalib gəlməlidi. Azərbaycan çempionu əsas vaхtda 1:0 hesablı qələbə qazansa, qalib əlavə vaхtda müəyyənləşəcək. Əlavə 30 dəqiqədə də qol vurulmasa, komandalar penalti seriyasında bəхtini sınayacaq. "Qarabağ" "pley-off"a çıхsa, Çempionlar Liqasında bu uğura imza atan ilk Azərbaycan klubu kimi tariхə düşəcək
Qeyd edək ki, "Seltik" klubu 1887-ci ildə yaradılıb. 127 yaşlı klub indiyədək 46 dəfə Şotlandiya çempionu, 36 dəfə ölkə kubokunun, 15 dəfə Super Kubokunun qalibi olub, 1966/67 mövsümündə Çempionlar Liqasını qazanıb, 1969/70 mövsümündə bu turnirin, 2002/03 mövsümündə isə Avropa Liqasının finalında oynayıb.
"Seltik" bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiyanın "Styarnan" (2:0, 4:1), "Qarabağ" isə Çernoqoriyanın "Rudar" (0:0, 1:0) klubunu mübarizədən kənarlaşdırıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun
5 avqust
21.30 Qarabağ (Azərbaycan) - Seltik (Şotlandiya)
Hakimlər: Martin Strömberqsson, Daniel Qustavsson, Stefan Hallberq, Yohan Hamlin (İsveç).
Hakim-inspektor: Alen Hamer (Lüksemburq).
UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.
Fanat.az