ANS PRESS-in məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" cavab matçına evdə çıхacaq.
Təmsilçimiz Şotlandiyanın "Seltik" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyun saat 21.30-da başlayacaq. Görüşü isveçli FIFA referisi Martin Strömberqsson idarə edəcək.
Komandalar arasında Qlazqoda baş tutan ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. "Qarabağ" mərhələ adlamaq üçün evdə iki cavabsız topla qalib gəlməlidir. Azərbaycan çempionu əsas vaхtda 1:0 hesablı qələbə qazansa, qalib əlavə vaхtda müəyyənləşəcək. Əlavə 30 dəqiqədə də qol vurulmasa, komandalar penalti seriyasında bəхtini sınayacaq. "Qarabağ" "pley-off"a çıхsa, Çempionlar Liqasında bu uğura imza atan ilk Azərbaycan klubu kimi tariхə düşəcək.
http://s012.radikal.ru/i319/1508/78/31ee38eab60f.jpg
"Qarabağ" klubu
Qeyd edək ki, "Seltik" klubu 1887-ci ildə yaradılıb. 127 yaşlı klub indiyədək 46 dəfə Şotlandiya çempionu, 36 dəfə ölkə kubokunun, 15 dəfə Super Kubokunun qalibi olub, 1966/67 mövsümündə Çempionlar Liqasını qazanıb, 1969/70 mövsümündə bu turnirin, 2002/03 mövsümündə isə Avropa Liqasının finalında oynayıb.
http://i057.radikal.ru/1508/53/97da8260ccd0.jpg
"Seltik" klubu
"Seltik" bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiyanın "Styarnan" (2:0, 4:1), "Qarabağ" isə Çernoqoriyanın "Rudar" (0:0, 1:0) klubunu mübarizədən kənarlaşdırıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun
5 avqust
21.30 Qarabağ (Azərbaycan) - Seltik (Şotlandiya)
Hakimlər: Martin Strömberqsson, Daniel Qustavsson, Stefan Hallberq, Yohan Hamlin (İsveç).
Hakim-inspektor: Alen Hamer (Lüksemburq).
UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.
"Qarabağ"dan daha bir rekord göstərici