Bu gün İngiltərə Premyer Liqasında II tura yekun vurulacaq.

Metbuat.az-ın məlumatına görə, turun qapanış matçında "Liverpul" "Bornmut"u qəbul edəcək. "Qırmızılar" oyunun favoriti hesab olunur. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İngiltərə Premyer Liqası

II tur

00:00. "Liverpul" - "Bornmut"

Xatırladaq ki, "Liverpul" 1-ci turda "Stok Siti"ni 1:0 hesabı ilə məğlub etmişdi. "Bornmut" isə eyni hesabla "Aston Villa"ya təslim olmuşdu.