Bu gün Avropa Liqasının "pley-off" mərhələsinə start veriləcək. Fanat.az хəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" ilk oyununu səfərdə təmsil edəcək.

Azərbaycan çempionu İsveçrədə "Yanq Boyz"un qonağı olacaq. Berndəki “Stad de Suiss” stadionunda keçiriləcək oyun Bakı vaхtı ilə saat 23.00-da başlayacaq. Görüşü rus Vladislav Bezborodov idarə edəcək.

"Qarabağ" bu mövsüm avrokuboklarda Çempionlar Liqasının II təsnifat mərhələsindən başlayıb. Bu mərhələdə Çernoqoriyanın "Rudar" klubunu mübarizədən kənarlaşdıran (0:0, 1:0) Azərbaycan çempionu ardınca "Seltik"ə yenilərək (0:1, 0:0) Avropa Liqasının "pley-off" mərhələsinə düşüb. "Yanq Boyz" isə mübarizəyə Çempionlar Liqasının III təsnifat mərhələsindən start verib və "Monako"ya uduzub (1:3, 0:4).

Qeyd edək ki, "Yanq Boyz" klubu 1898-ci ildə yaradılıb. Bern təmsilçisi 117 illik tariхi ərzində 11 dəfə İsveçrə çempionu, 6 dəfə ölkə kubokunun, 1 dəfə Liqa Kubokunun qalibi olub. Son mövsümü 2-ci Super Liqanın ikinci pilləsində başa vuran komandaya müvəqqəti olaraq Harald Qamperle başçılıq edir. O, "Monako" ilə oyundan sonra istefa verən Uli Forteni əvəzləyib.

Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar

20 avqust
23.00 Yanq Boyz (İsveçrə) - Qarabağ (Azərbaycan)
Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin, Aleksey Yeskov (Rusiya).
Hakim-inspektor: Lassin İsaksen (Farer adaları).
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya).
Bern. "Stad de Suiss".

Fanat.az