Bakı, 21 avqust, AZƏRTAC
"Mançester Yunayted"in keçmiş oyunçusu Devid Bekhem "Cinayətkarlar" adlı qısametrajlı filmə çəkilib.
AZƏRTAC buro247.com saytına istinadla xəbər verir ki, futbolçu ilə birlikdə ekranda Harvi Keyter və Keti Moriarti görünəcək. Çəkilişlər Belstaff ingilis brendinin Bekhemlə bağladığı müqavilə çərçivəsində keçirilib. Filmin icraçı prodüseri aktrisa Liv Tayler, rejissoru isə Ceremi Casperdir.
Filmdə hadisələr Meksikada baş verir, Bekhemin qəhrəmanı bir zamanlar aşiq olduğu sirk aktrisasını axtarmağa yola düşən baykerdir. Bu aktrisanı isə filmdə amerikalı Ketrin Uoterston oynayıb. Filmin premyerası sentyabr ayında Londonda moda həftəsi çərçivəsində reallaşacaq.
Qeyd edək ki, Belstaff əsası 1924-cü ildə Böyük Britaniyada qoyulan geyim brendidir. Şirkət suyadavamlı jaketlərin istehsalındaixtisaslaşıb. Belstaff "Roma" futbol klubunun əsas sponsorlarındanbiridir.