Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna ilə münaqişənin həlli üçün danışıqlara hazır olduğunu bildirib.
Metbuat.az xəbər verir ki, “Vesti”nin jurnalisti Pavel Zarubinə müsahibəsində danışan Putin tərəflərin razılığa gələ biləcəyini, lakin fərqli yanaşma seçilərsə, vəziyyətin başqa cür inkişaf edəcəyini deyib.
O, həmçinin Rusiyanın qarşıya qoyduğu vəzifələri yerinə yetirəcəyini və “xüsusi hərbi əməliyyat”ın bütün məqsədlərinə çatacağını vurğulayıb.