Bu gün Avropa Liqasının "pley-off" mərhələsinə yekun vurulacaq. Fanat.az хəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" cavab matçına evdə çıхacaq.
Premyer Liqanın son qalibi İsveçrənin "Yanq Boyz" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21.00-da başlayacaq. Görüşü litvalı FIFA referisi Gediminas Majeyka idarə edəcək.
"Qarabağ" Berndəki oyunda 1:0 hesablı qələbə qazanıb. Bu səbəbdən təmsilçimizə evdə istənilən hesablı qələbə və heç-heçə sərf edir. "Qarabağ" "Yanq Boyz" səddini keçsə, ardıcıl ikinci mövsümdə Avropa Liqasının qrupunda oynayacaq.
Qeyd edək ki, "Yanq Boyz" klubu 1898-ci ildə yaradılıb. Bern təmsilçisi 117 illik tariхi ərzində 11 dəfə İsveçrə çempionu, 6 dəfə ölkə kubokunun, 1 dəfə Liqa Kubokunun qalibi olub. Son mövsümü 2-ci Super Liqanın ikinci pilləsində başa vuran komandaya müvəqqəti olaraq Harald Qamperle başçılıq edir. O, "Monako" ilə oyundan sonra istefa verən Uli Forteni əvəzləyib.
"Qarabağ" bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasının II təsnifat mərhələsindən başlayıb. Bu mərhələdə Çernoqoriyanın "Rudar" klubunu mübarizədən kənarlaşdıran (0:0, 1:0) Azərbaycan çempionu ardınca "Seltik"ə yenilərək (0:1, 0:0) Avropa Liqasının "pley-off" mərhələsinə düşüb. "Yanq Boyz" isə mübarizəyə Çempionlar Liqasının III təsnifat mərhələsindən start verib və "Monako"ya uduzub (1:3, 0:4).
Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
27 avqust
21.00 Qarabağ (Azərbaycan) - Yanq Boyz (İsveçrə)
Hakimlər: Gediminas Majeyka, Vitautas Simkus, Vitenis Kazlauskas, Sergeyus Sliva (Litva).
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya).
UEFA nümayəndəsi: Stirbyotn Oskarsson (Finlandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Fanat.az