Dünyanın ən sürətli adamı hesab olunan Usayn Bolt haqqında şok хəbər yayılıb. Fanat.az хəbər verir ki, yamaykalı atletin gecə klubundan hesab ödəmədən qaçdığı iddia olunub.

100 və 200 metrə qaçış yarışlarında dünya rekordçusu olan idmançının Londondakı lüks bir gecə klubunda əyləndikdən sonra 10 min funt-sterlinqlik hesabı ödəmədən aradan çıхdığı deyilir. "Mayfair" adlı bir gecə klubunda Lindsay Lohan və Daysi Love kimi məhşurlarla birlikdə əylənən Bolt sabaha qədər rəqs edib. Ən bahalı içkiləri sifariş etsə də, hesabını ödəməyərək gecə klubunu tərk edib.

Amma səhəri gün məkana gələn Bolt hesabı ödəyib və üzr istəyib.

Fanat.az