Yamaykalı atlet Usain Bolt vaxtilə oxuduğu məktəbə maliyyə yardımı ayırıb.

Goal.az xarici KİV-lərə istinadən xəbər verir ki, məşhur sprinter şəxsi büdcəsindən bunun üçün 1.3 milyon dollar ayırıb.

Bolt hədiyyələri şəxsən məktəbə aparıb. O, şagirdlərə 50 cüt futbol butsu, müdafiə ləvazimatı, futbol topu və kriket oyunu üçün avadanlıq bağışlayıb.

Milli.Az