Azərbaycan millisi Avro-2016-nın təsnifat mərhələsində sonuncu oyununa çıxıb.
Metbuat.az-ın məlumatına görə, yığmamız Bolqarıstanla qarşılaşıb. 20-ci dəqiqədə Aleksandrov hesabı açıb. 56-cı dəqiqədə isə Rangelov fərqi artırıb. Oyunda başqa qol olmayıb. Azərbaycan millisi təsnifat mərhələsinin sonuncu matçında Bolqarıstana 0:2 hesabı ilə məğlub olub.
Avro-2016 təsnifat mərhələsi
H qrupu
13 oktyabr (çərşənbə axşamı)
Bolqarıstan - Azərbaycan - 2:0
Qollar: Aleksandrov, 20, Rangelov,56
Baş hakim: Tomaş Boqnar (Macarıstan)
Baş hakimin köməkçiləri: Peter Berettyan, Qabor Eroş (hər ikisi Macarıstan)
Əlavə köməkçilər: İstvan Vad, Zsolt Szabo (hər ikisi Macarıstan)
Dördüncü hakim: Teodoros Corciou (Macarıstan)
UEFA nümayəndəsi: Ariel Kennet Şeiman (İsrail)
Hakim-inspektor: Con Fleminq (Şotlandiya)
Sofia, Vasil Levski adına Milli Stadion