ANS PRESS-in məlumatına görə, oyun "Britaniya" stadionunda baş tutub.
Matça gəlincə, oyunda hesab 52-ci dəqiqədə açılıb. Conatan Volkers stadiona toplaşmış "Stok Siti" azarkeşlərini sevindirib. "Zadəganların" cavabı isə 90-cı dəqiqədə gəlib. Loik Remi künc zərbəsindən sonra qapı qarşısında yaranan qarışıqlıqdan maksimum yararlanıb. Oyundan sonra penalti zərbələrində isə sevinən tərəf meydan sahibləri olub. Belaliklə, "Çelsi" klubu İngiltərə liqa kubokunda mübarizəni dayandırıb.
"Stok Siti" - "Çelsi" oyunu
Londonun digər klubu "Arsenal" isə səfərdə "Şeffild Vensdey"in qonağı olub. Oyunda hesab 27-ci dəqiqədə Ros Volles tərəfindən açılıb. 10 dəqiqə sonra isə Lukaş Joua dəqiq baş zərbəsindən sonra "topçuları" məyus edib. Oyunda son nöqtəni isə 51-ci dəqiqədə Sem Hatçinson qoyub. "Çelsi" kimi "Arsenal"da məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
"Şeffild Vensdey" - "Arsenal" oyunu