Türkiyə millisi və "Bayer Leverkusen"in 21 yaşlı futbolçusu Hakan Çalhanoğlu UEFA-nın saytına müsahibə verib.

Goal.az həmin müsahibəni təqdim edir.

- Almaniya çempionatının 3-cü divizionunda çıxış edən "Karlsruhe"dən "Hamburg"a, daha sonra isə "Bayer"ə gəldin. Geridə qalan bir neçə mövsümü necə təsvir edərdin?

- Hadisələr sürətlə cərəyan etdi. Bunu təsəvvür edə bilməzdim. Amma bu klublarda özümü doğruldacağım nöqtəyə çatdığım üçün xoşbəxtəm. Futbolçu kimi Çempionlar Liqasında oynamaq və ən yaxşı klublara qarşı rəqabət aparmaq istəyirəm. Buna nail olmaq üçün gərgin çalışmışam. Mübarizə və inkişafa davam etməliyəm.

- "Bayer"in gənc heyətində öz rolunu necə görürsən?

- Yarımmüdafiədə fərqli funksiyaları yerinə yetirə bilirəm. Hər zaman əlimdən gələni etməyə və baş məşqçinin ümidini doğrultmağa çalışıram.

- Cərimə zərbəsinin mahir ustasısan. Bunun sirri nədədir?

- Cərimə zərbələri vuranda topun canlı səddi aşmasını hesaba alıram. Yaxşı zərbə endirəndə də qol olur. Bəzi futbolçuların tərzini öyrənmişəm. Devid Bekhem və Juninyo kimi cərimə zərbələrinin ustalarından öyrəniləsi şeylər var. Onlara baxaraq texnikamı inkişaf etdirdim. Fikrimcə, hər futbolçunun özü üçün modeli var. Adlarını çəkdiklərim mənim üçün etalondur. Onlara baxıb öz zərbə texnikamı inkişaf etdirmişəm.

- Rocer Şmidtin rəhbərliyi altında ikinci mövsümünü keçirirsən. Onunla işləməyi necə xarakterizə edərdin?

- Hər ikimizi "Bayer"ə eyni vaxtda gəlmişik. İlk mövsümü uğurlu keçirdik. Şmidtlə və digər komanda üzvləri ilə çox yaxşı yola gedirik. O, gözəl işlər görür və bizimlə lazımi münasibət qurub. Birlikdə inkişaf edirik. "Bayer" qələbələrə ac və gənc bir kollektivdir. Mübarizə ruhu göstərməyə davam etmək istəyirik. Bəziləri düşünürlər ki, məşqçi komandanı müəyyən qədər hücumameylli oynatmağa çalışır. Lakin bu sistemlə çox şeyə nail olmuşuq.

- Komandanın oyun stili barədə nə düşünürsən?

- Meydanın rəqibə aid hissəsində pressinq tətbiq edib komandanın müdafiəçilərinə etibar edirsən. Oyunda ən mühüm amil budur. Komanda yoldaşlarına güvənməlisən. Əgər hücumda yaxşı anlaşdığın biri varsa, maraq daha da artır. Qol vurmaq, mən də daxil bütün futbolçular üçün böyük şeydir.

Milli.Az