Kriştiano Ronaldo oynamaq istədiyi çempionatı açıqlayıb. Fanat.az хəbər verir ki, "Real"ın ulduzu ABŞ-ın MLS liqasında oynamaq istədiyini deyib.
FHM dərgisinə danışan portuqaliyalı futbolçu bunları deyib: "Dünyadakı heç bir çempionat üçün "qapıları bağlamıram". ABŞ-da oynamaq istəyirəm. Bu ölkədə oynamağın və yaşamağın mümkün olduğunu hər zaman demişəm".
Qeyd edək ki, son illərdə Devid Bekhem, Tyerri Anri, Frank Lempard, David Vilya, Stiven Cerrard və Andrea Pirlo kimi ulduzlar ABŞ-a üz tutub.
Fanat.az