Ulduzlardan Devid Bekhemə rədd cavabı

Ulduzlardan Devid Bekhemə rədd cavabı
03:14 13 Noyabr 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə keçmiş futbolçu Devid Bekhemin təşkil edəcəyi xeyriyyə matçında iştirak etməkdən imtina ediblər. Apasport.az saytının məlumatına görə, noyabrın 14-də Mançesterdə, “Old Trafford” stadionunda baş tutacaq qarşılaşmada Devid Bekhemin kapitanlıq etdiyi komanda ilə Zidan, Fiqu və Ronaldinyonun komandası qarşılaşacaqlar.

 

Ancaq bu matçda əvvəldən adları açıqlanan bir neçə futbolçu müxtəlif səbəblərdən iştirak etməkdən imtina edib. Belə ki, Endi Koul, Fabio Kannavaro, Alessandro Nesta, Massimo Ambrozini və Rio Ferdinand xeyriyyə məqsədli qarşılaşmada çıxış etməyəcəklər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR