"Mançester Yunayted"ə qayıtmaq imkanı olan hər bir futbolçuya bu şansı qaçırmamağı məsləhət görərdim. Özüm də "Mançester Yunayted"ə, məmnuniyyətlə, qayıdardım".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Britaniya mətbuatına açıqlamasında sabiq futbolçu Devid Bekhem deyib.

İngiltərə yığmasının, həmçinin "Mançester Yunayted" və Madrid "Real"ının sabiq futbolçusu maraqlı açıqlaması ilə diqqət çəkib.

O, hazırda "Real"ın formasını geyinən Kriştianu Ronalduya "Mançester Yunayted"ə qayıtmağı məsləhət görüb: "Ronaldu "Mançester Yunayted" azarkeşlərinin əsl sevimlisidi. Kriştianu ilə birgə oynayan hər kəs deyir ki, o, dünyanın ən istedadlı futbolçularından olmaqla yanaşı, həm də əməksevərdi. Əgər "Real"dan ayrılmaq istəsə, Ronaldu üçün ən yaxşı variant Mançesterə qayıtmaqdı".

Milli.Az