Məşhur yamaykalı sprinter Useyn Bolt "Manchester United"də tibbi yoxlanışdan keçmək istəyində olduğunu bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın azarkeşi olan atlet ona 5 illik müqavilənin təklif ediləcəyinə inandığını deyir.

"Mənə elə gəlir ki, klubda tibbi yoxlanışdan keçməliyəm. Bəlkə də, dedilər: "Əla. Sən bizə uyğun gəlirsən. Komandaya qoşul". Ola bilsin ki, məni heç istəməsinlər. Fikrimcə, yaxşı təsir bağışlayaram. Axı sürətliyəm və yaxşı formadayam. Topla yaxşı rəftar edirəm və futbola aid hər şeyi bilirəm. Buna görə əminəm ki, orada tibbi yoxlanışdan keçəndən sonra mənə 5 illik müqavilə təklif edəcəklər".

Milli.Az