Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Zlatan futbolda qalsa, mütləq onu transfer edəcəm"

"Zlatan futbolda qalsa, mütləq onu transfer edəcəm"

Date: 22 December 2015 19:17

Devid Bekhem PSJ-nin hücumçusu Zlatan İbrahimoviçi komandasında görmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bekhem bunları deyib:
"PSJ-də Zlatanla gözəl münasibətlərimiz vardı. Bir dost və futbolçu kimi onu çox bəyənirəm. Bir neçə superulduzlarla birlikdə və onlara qarşı oynamışam. Heç vaxt futbola Zlatan qədər ciddi yanaşan birini görməmişəm. Onun böyük azarkeşiyəm. "Mayami" artıq ev arenasının tikinitisinə razılıq alıb. Buna 2-3 il gedəcək. Əgər həmin müddətdən sonra Zlatan futbolda qalsa, mütləq onu transfer edəcəm. Yeri gəlmişkən, İbranın fiziki göstəriciləri çox yaxşıdır. Ona görə bu, tam mümkündür. Kim qələbə üçün hər şeyə hazır olan futbolçunun komandasında görmək istəməz ki? Şübhəsiz ki, Zlatan istənilən komandada ulduz ola bilər".

Milli.Az


Tags:  Zlatan futbolda qalsa mütləq onu transfer edəcəm

RƏYLƏR


Top news