Pike "Barselona"nı MLS-ə dəyişəcək

"Barselona"nın müdafiəçisi Jerar Pike karyerasını MLS-də davam etdirə bilər.

Metbuat.az sport.es-ə istinadən xəbər verir ki, Devid Bekhem ispan futbolçunu şəxsi komandasında oynamağa dəvət edəcək. Sözügedən klub Mayami şəhərini təmsil edəcək. Devid Bekhemin komandasının 2017 və ya 2018-ci ildən etibarən MLS-də çıxış edəcəyi bildirilir.

Jerar Pike gələcəkdə sabiq ingilis futbolçunun təklifini dəyərləndirmək fikrindədi.

Bekhem daha öncə Zlatan İbrahimoviçUeyn Runini komandasına dəvət edəcəyi barədə açıqlama vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR