"Bakı-2015"in təşkilatçılığı 3-cü oldu

"Bakı-2015"in təşkilatçılığı 3-cü oldu
10:52 30 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) bir sıra nominasiyalar üzrə ilin ən yaxşılarını müəyyənləşdirib.


Fanat.Az-ın "Report"a istindən yaydığı xəbərə  görə, media üçün yaradılan şərait baxımından "Bakı-2015" I Avropa Oyunları 3-cü yeri tutub.


Bu Oyunlar 298 və ya 14,85 faiz səs yığıb. Çinin paytaxtı Pekində keçirilmiş atletika üzrə dünya çempionatı 366 səslə (18,24 faiz) birinci, Kanadada təşkil olunmuş qadınlar arasında futbol üzrə dünya çempionatı 305 səslə (15,2 faiz) ikinci yeri tutub.


Digər nominasiyalara gəldikdə, yamaykalı sprinter, 100 metr və 200 metr, eləcə də 4X100 metr məsafəyə qaçışda dünya çempionu Useyn Bolt 804 səslə (27,74 faiz) kişilər arasında ilin idmançısı sayılıb. Serbiyalı tennisçi Novak Cokoviç 774 səslə (26,71 faiz) ikinci, İspaniyanın "Barselona" klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messi 380 səslə (13,11 faiz) üçüncü olub.


Ən yaxşı qadın idmançı nominasiyasında ABŞ tennisçisi Serena Uilyams 664 səslə (24,19 faiz) birinci, efiopiyalı atlet Genzebe Dibaba 362 səslə (13,19 faiz) ikinci, onun hollandiyalı həmkarı Dafne Şippers 283 səslə (10,31 faiz) üçüncü yeri tutub.


Ən yaxşı komanda nominasiyasında "Barselona" futbol klubu 848 səslə (30,2 faiz) qalib olub. Yeni Zelandiyanın reqbi üzrə yığması 506 səslə (18,02 faiz) ikinci, ABŞ-ın "Qolden Steyt Uorriorz" basketbol kollektivi isə 298 səslə (10,61 faiz) üçüncü yerlə kifayətlənib.


Qeyd edək ki, səsvermədə Azərbaycanı heç bir qurum təmsil etməyib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quotin-tkilatcl-3-cu-oldu-t46509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR