İngiltərədən "dovşan diş"ə təklif gəldi (VİDEO,FOTO)

İngiltərədən "dovşan diş"ə təklif gəldi (VİDEO,FOTO)
14:56 4 Yanvar 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyalı əfsanəvi futbolçu Ronaldinyo ingilis klublarından birinə keçə bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə futbolçunu qardaşı və meneceri oberto de Assiş məlumat verib.

Onun sözlərinə görə, Ronaldinyoya İngiltərə çempionatından bir neçə təklif gəlib. Lakin futbolçunun özü Aziya və yaxud ABŞ futbol çempionatının klublarından olan MLS-ə keçmək istəyir.

Dünya çempionu və “Qızıl Top”un sahibi Ronaldinyo sonuncu dəfə “Fluminense” klubunda oynayıb. “Dovşan diş” ötən ilin sentyabr ayında komanda ilə müqaviləni pozub.

Ronaldinyo 2002-ci ildə Braziliya yığması ilə dünya çempionu olub. 2003-cü ildə "Real Madrid" Ronaldinyonu almaq istəyib. Lakin komandanın prezidenti Peres onu çirkin sayaraq "Mançester Yunayted"in ulduz futbolçusu Devid Bekhemi alır. "Kral" klubun əzəli rəqibi "Barselona" isə fürsətdən istifadə edərək qəzəbli futbolçunu öz sıralarına qatır.


Devid Bekhem - sabiq futbolçu


Ronaldinyo "Real Madrid" ilə qarşılaşma zamanı

Ronaldinyo "Barsa" ilə Çempionlar liqasını qazanır. O, "Santyaqo Bernabeu"da möhtəşəm oyun nümayış edərək 2 qol vurur. "Real"ın azarkeşləri futbolçunu ayaq üstə alqışlayıblar.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR