“Report”un xəbərinə görə, iclasda Yunanıstan, Norveç, Ukrayna, İrlandiya, Macarıstan və Kolumbiyanın sabiq prezidentləri iştirak ediblər. Həmçinin, İordaniya, Macarıstan, Tanzaniya, Nigeriya, Kipr və Yamaykanın sabiq dövlət və hökumət başçıları iclasa qatılıb.
Kanadanın sabiq baş naziri Jan Şretreyn çıxış edərək Şuranın yaranma tarixindən və məqsədindən danışıb. J.Şretreyn deyib ki, belə qurumların məqsədi dünyada sülhə, sabitliyə xidmət edir.
İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-in həmsədri İsmayıl Serageldin də çıxışında iclasın tezliklə baş tutacaq IV Qlobal Bakı Forumu çərçivəsində keçirildiyini və dünyada, xüsusilə Yaxın Şərqdə baş verən hadisələrin əsas müzakirə mövzusu olduğunu qeyd edib.
Ardından iclas "Gələcək forum: sabahın liderlərini ilhamlandırmaq” mövzusu ilə davam edib.