Yamaykalı yüngül atlet Useyn Bolt bildirib ki, Rio-de-Janeyroda keçiriləcək Olimpiada karyerasında sonuncu olacaq.

Milli.Az bu barədə Trend-ə istinadən məlumat verir.

29 yaşlı atlet qeyd edib ki, daha 4 il iştirak edərək lazımi motivasiyanı qorumaq onun üçün çətin olacaq: "Qarşıdakı Olimpiya oyunlarında ən böyük arzum yenidən 3 qızıl medal qazanmaqdır".

Xatırladaq ki, yamaykalı idmançı Pekin (2008) və London (2012) Olimpiya oyunlarında ümumilikdə 3 növdə 6 qızıl medal qazanmışdı.

Milli.Az