“Bizi bəyənməyənlər, saç düzümlərimizi götürürlər. Gedib ustaya deyirlər ki, o formada düzəldin. Heç onlara yaraşmır da, turpa oxşayırlar”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əkiz bacılar Sevil və Sevinc “Star life” verilişinə açıqlamasında deyib. İfaçılar onları "özündənrazı" adlandıranlara cavab verib:

“Zarafat edirik, başa düşmürlər. Deyirlər, “Necə yekə-yekə danışırlar. Get Rihannaya çat”. Rihanna bir gəlib mənə çatsın sonra. Biz danışanda bilirik nə deyirik. Əvvəl həmişə deyirdim Timati ilə duet istəyirəm. Amma böyüdükcə fikrimiz dəyişir. Qriqoriy Leps və ya Valeri Meladze ilə duet istəyirik”.