İngiltərə Premyer Liqasında XXXIII tura start verilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tur London derbisi ilə başlayıb.
Çempionluq şansları yavaş-yavaş tükənən "Arsenal" onun da yer aldığı ilk "dördlüy"ə göz dikən "Vest Hem"in qonağı olub. "Vest Hem" bu görüşdə qalib gələrək "topçular"la aradakı xal fərqini 4-ə endirmək niyyətində idi. Komandalar qarşılaşmada hərəyə 3 dəfə fərqlənmələrinə baxmayaraq, 1 xalla kifayətlənməli olublar.
Çempionlar Liqasına vəsiqə barədə düşünən "Mançester Siti" heç nəyə iddiası qalmayan "Vest Bromviç"i çətinliklə məğlubiyyətə uğradaraq, 3-cü yerdəki "Arsenal"a yaxınlaşıb.
Uğursuz çıxışını davam etdirən "Çelsi" bu dəfə "Suonsi" səfərindən başıaşağı dönüb.
Lider "Lester" (72 xal) Premyer Liqada qalmaq üçün dəridən-qabıqdan çıxan "Sanderlend"in qonağı oldu və qələbə qazandı.
Turun mərkəzi oyunu "Vayt Hart Leyn"də keçiriləcək. Çempionluq yolunda "Lester"in yeganə rəqibi hesab edilən "Tottenhem" (62 xal) ÇL-ə vəsiqə verən ilk "dördlüy"ə düşməyi hədəfləyən "Mançester Yunayted"i qəbul edəcək.
İngiltərə Premyer Liqası
XXXIII tur
9 aprel
"Vest Hem" - "Arsenal" - 3:3
Qollar: Kerroll, 44, 45+2, 52 - Özil, 18, Sançes, 35, Kosilni, 70
"Aston Villa" - "Bornmut" - 1:2
Qollar: Cordan Ayyu, 85 - Kuk, 45+2, Kinq, 74
"Kristal Pelas" - "Norviç" - 1:0
Qol: Punçeon, 68
"Sauthempton" - "Nyukasl" - 3:1
Qollar: Lonq, 4, Pelle, 38, Vanyama, 55 - Tounsend, 65
"Suonsi" - "Çelsi" - 1:0
Qol: Siqurdsson, 25
"Uotford" - "Everton" - 1:1
Qollar: Holebas, 45+3 - MakKarti, 45+1
"Mançester Siti" - "Vest Bromviç" - 2:1
Qollar: Aquero, 18 (pen.), Nəsri, 66 - Sessenyon, 6
10 aprel
"Sanderlend" - "Lester" - 0:2
Qollar: Vardi, 66, 90+5
19:00. "Liverpul" - "Stok Siti"
19:00. "Tottenhem" - "Mançester Yunayted"
Milli.Az