Bu gün İngiltərə Premyer Liqasında XXXIV tura start verilib.

Milli.Az apaspot.az-a istinadən bildirir ki,artıq bir komandanın "Çempionşip"ə enişi rəsmiləşə bilər.

"Mançester Yunayted"in qonağı olacaq "Aston Villa"nın bərabərlik təqdirində də Premyer Liqanı tərk edəcəyi dəqiqləşəcək. Birmingem təmsilçisi qalib gəlsə belə, "Norviç"in bu turda alacağı 1 xal yenə onların ümidlərini tükədəcək.

İlk "dördlük"dən uzaqlaşmaq istəməyən "Mançester Yunayted" autsayderə möcüzə şansı verməməlidi. Əks təqdirdə "qırmızı şeytanlar" hətta Avropa Liqasından kənarda qala bilərlər.

Çempionluq şansı, demək olar ki, qalmayan "Mançester Siti" ən azı Çempionlar Liqasına vəsiqə üçün "Çelsi" səfərində büdrəməməyə çalışacaq.

"Arsenal" aşağı pillələrdə qərar tutan "Kristal Pelas"a çətin ki, xal versin.

Turun mərkəzi oyunu "Lester"lə "Vest Hem" arasında keçiriləcək. Klaudio Ranyerinin yetirmələri çempionluq yolunda büdrəməməyə çalışacaqsa, londonlular da ilk "4-lüy"ə gözlərini dikiblər.

Turun qapanış qarşılaşmasında "Lester"i addım-addım izləyən "Tottenhem" Avropa Liqasına vəsiqə qazanmaq iddiasında olan "Stok Siti"nin qonağı olacaq.

İngiltərə. Premyer Liqa

XXXIV tur

16 aprel

"Norviç" - "Sanderlend" - 0:3

Qollar: Borini, 41 (pen.), Defo, 53, Uotmor, 90+1

"Everton" - "Sauthempton" - 0:0

"Mançester Yunayted" - "Aston Villa" - 1:0

Qol: Raşford, 32

"Nyukasl" - "Suonsi" - 1:0

Qol: Laskelles, 40

"Vest Bromviç" - "Uotford" - 0:1

Qol: Uotson, 27

20:30. "Çelsi" - "Mançester Siti"

17 aprel

16:30. "Bornmut" - "Liverpul"

16:30. "Lester" - "Vest Hem"

19:00. "Arsenal" - "Kristal Pelas"

18 aprel

23:00. "Stok Siti" - "Tottenhem"

1.

Lester

33

21

9

3

57-31

72

2.

Tottenhem

33

18

11

4

60-25

65

3.

Arsenal

32

17

8

7

55-33

59

4.

Mançester Siti

32

17

6

9

58-33

57

5.

Mançester Yunayted

32

15

8

9

39-30

53

6.

Vest Hem

32

13

13

6

52-40

52

7.

Sauthempton

33

14

8

11

44-34

50

8.

Liverpul

31

13

9

9

50-42

48

9.

Stok Siti

33

13

8

12

37-43

47

10.

Çelsi

32

11

11

10

49-42

44

11.

Bornmut

33

11

8

14

40-55

41

12.

Everton

32

9

13

10

52-43

40

13.

Suonsi

33

10

10

13

34-42

40

14.

Vest Bromviç

32

10

10

12

31-39

40

15.

Uotford

32

10

8

14

31-37

38

16.

Kristal Pelas

33

10

8

15

35-42

38

17.

Norviç

33

8

7

18

35-57

31

18.

Sanderlend

32

6

9

17

36-57

27

19.

Nyukasl

32

6

7

19

32-61

25

20.

Aston Villa

33

3

7

23

23-64

16

Milli.Az