Riannanın yeni klipi rekord vurub.
Milli.Az anspress-ə istinadən bildirir ki, ifaçının YouTube video portalına yüklənən "Needed Me" mahnısının klipi dörd gün ərzində 10 milyona yaxın baxış sayı yığıb. Müğənninin mahnısı "Anti" adlı albomuna daxil olub.
Barbadoslu ifaçının klipində qalmaqallı və açıq-saçıq səhnələr yer alıb. Klipdə qanqsterin sevgilisinə xəyanət etməsi təsvir olunub. Rianna tapança ilə videoda təsvir olunan sevgilisini öldürüb. İfaçının klipinə yaşı 18-dən az olanlara baxmaq məsləhət görülmür.
Riannanın ilk "Pon de Replay" adlı albomu 2005-ci ildə işıq üzü görüb. Albom "Billboard Hot 100"də 2-ci yerə qədər yüksəlib və böyük uğur əldə edib. 2006-cı ildə isə müğənni "A Girl Like Me" adını verdiyi ikinci albomunu çıxarıb. Bu albom sayəsində Rihanna bir çox mükafat alıb və albomdakı "SOS" mahnısı "Billboard Hot 100"də 1-ci yerə qədər yüksəlib.
Milli.Az