Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının Azərbaycanda keçiriləcək Avropa çempionatına hansı heyətlə qatılacağı bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millimizlə birlikdə A qrupunda mübarizə aparacaq pireneylilər yekun heyətlərini açıqlayıblar.

Baş məşqçi Elio Souza heyətə bu futbolçuların adlarını daxil edib:

Qapıçılar: Dieqo Kosta ("Porto"), Con Virciniya ("Arsenal", İngiltərə)

Müdafiəçilər: Dioqo Dalot, Dioqo Leyte, Dioqo Queyroş (hamısı "Porto"), Luis Silva ("Stok Siti", İngiltərə), Ruben Vinaqre ("Monako", Fransa), Terri Korrea ("Sportinq")

Yarımmüdafiəçilər: Lameyra ("Porto"), Dominquş Kvina ("Vest Hem", İngiltərə), Florentino, Gedson Fernandes (hər ikisi "Benfika"), Migel Luis ("Sportinq")

Hücumçular: Xose Qomes, Con Filip, Misax Dyu (hamısı "Benfika"), Mikael Almeyda ("Lion", Fransa), Rafael Leon ("Sportinq")

Milli.Az