Məşhur müğənni Rihannanın Nitsada planlaşdırılan konserti təxirə salınıb. ANS PRESS-in məlumatına görə, konsert iyulun 15-i "Allianz Riviera" stadionunda baş tutmalı idi, lakin Fransanın kurort şəhərində törədilən dəhşətli terror hadisəsi səbəbindən ləğv edilib. Eyni zamanda şənbə günü başlamalı olan Nitsa Caz Festivalı da təxirə salınıb.
Nitsa rəhbərliyi yaxın günlərdə şəhərdə planlaşdırılan əyləncəli tədbirləri təxirə salır və çimərlikləri əhali üçün bağlayır.

İlham Əliyev Ollanda başsağlığı verdi
Rəsmi məlumatda deyilir ki, dövlət və özəl çimərliklər bağlanıb, burada üzmək qadağan olunub. Fransa KİV-in məlumatına görə, şəhərdə bir neçə yol da bağlanılıb.
Bastiliyanın alınmasının ildönümünə həsr olunan atəşfəşanlıq da təxirə salınıb.
Suite aux évènements tragiques, @VilledeNice est en deuil. @nicejazzfest annulé. +d'infos demain. Nos pensées vont aux victimes #jesuisnice
— Nice Jazz Festival (@nicejazzfest) 15 июля 2016 г.
Bu tədbirlər şəhər sakinləri tərəfindən anlayışla qarşılansa da Nitsaya istirahətə gələnlərin planlarını pozub. Şəhərdə əyləncəli tədbirlərin təxirə salınması turistləri məyus edib.
Fransanın cənubunda günahsız insanların qətli ilə nəticələnən terror aktı bütün dünyada insanları birləşdirib. Sosial şəbəkələrdə #PrayForNice heşteqi ilə yayılan paylaşımların sayı artır.
Ужасная трагедия в Ницце... Соболезнования всему французскому народу и семьям погибших... #prayfornice #nice #france pic.twitter.com/HlFAa082rf
— Alexei Yagudin (@yagudinofficial) 15 июля 2016 г.
Lakin elə insanlar da var ki, özgənin faciəsinin ağırlığını bölüşmək istəmir.
Məsələn, rusiyalı model, 35 yaşlı Kristina Sısoyeva Fransa xalqının faciəsinin onun yaxtada gəzintisinə mane olduğunu deyib. Kristina hadisə zamanı yaxtada şam edib. Rusiya KİV-ə hadisə şahidi kimi müsahibə verən qadın Sen-Trope sahilində özünü təhlükəsizlikdə hiss etdiyini bildirsə də bayram atəşfəşanlığından məhrum olmasından məyus olduğunu dilə gətirib.
"Məndə hər şey yaxşıdır, heyif Sen-Tropedəki atəşfəşanlığı ləğv ediblər. Belə isə bizi çoxlu mühafizəçi qoruyur, hər şey superdir! Biz yaxtada istirahət edirdik, şam edirdik, bir fransız gəldi və dedi ki hansısa terror atkı olub və buna görə sahilə qayıtmalıyıq. Biz çox məyyus olduq, atəşfəşanlığa baxmaq istəyirdik, amma bu dəhşət baş verdi və hər şey təxirə salındı. Məni yüksək səviyyədə mühafizə edirlər. Mənim brilyantlarımla mühafizəsiz keçinə bilmərəm" - deyə model bildirib.

İyulun 14-ü axşam saatlarında Nitsanın əslən Tunisdən olan sakini yüksək sürətlə hərəkət edən yük maşınını sahilyanı ərazidə atəşfəşanlığa baxmaq üçün toplaşan insanların üstünə sürüb, daha sonra isə onlara atəş açıb. Nəticədə 84 nəfər dünyasını dəyişib. 100-dən çox yaralı var.
Xalqa müraciətində Fransa prezidenti Fransua Olland baş verənləri terror aktı adlandırıb və respublikada fövqəladə hal rejiminin daha 3 ay uzadıldığını bəyan edib.