Əkizlər Sevil və Sevinc Səfərovalar Moskvaya yola düşüb.

Axşam.az-ın məlumatına görə, müğənnilər "Star life" verilişinə açıqlamasında orada klip çəkdirəcəklərini bildiriblər:

"Bir çox hazır mahnılarımız var. Onlardan birinə - "Son öpüş"ə klip çəkdiririk. Bunun üçün Moskvaya getdik. Polina Qaqarina, İraklinin, Maksimin kliplərini çəkən rejissora müraciət etmişik. Son günlər Rusiya şou-biznesinə qatılmağı düşünürük. Hətta şirkətlərdən birinə müraciət də etmişik. Orada şirkətlə çalışırsansa, bütün mahnı, geyimlər onlar tərəfindən qurulur".

Sevil və Sevinc Türkiyə şou-biznesinə qatılanlara da söz atıb:

"Çox şükür ki, bizim Türkiyə şou-biznesinə meylimiz yoxdur. Türkiyədə bizdən çoxdur, Rusiyada yox. Sibel Canı, İbrahim Tatlısəsi, Ebru Gündeşi bunları əvəz edəcək insanlar yoxdur. Ruslara bizim boğazlar, ifa tərzi daha maraqlıdır".