"Liverpul" futbolçusu Co Alleni "Stok Siti"yə satıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Bu transfer üçün "Stok Siti" "Liverpul"a 13 milyon funt sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, C.Allen Uels millisi ilə "Avro-2016"da iştirak edib. O, turnirin rəmzi komandasında yer alıb.
Milli.Az