Forbes jurnalı 2016-cı ilin ən çox qazanan dünya məşhurlarının siyahısını açıqlayıb. Gəlir mənbəyi olaraq çəkildikləri reklam çarxları və şəxsi biznesləri göstərilib.
Milli.Az 1xeber.com-a istinadən bildirir ki, ötən 2015-ci il ilə müqayisədə bu il ilk onluqda dəyişikliklər var. Keçən il liderliyi idman sahəsi üzərinə götürsə də, bu dəfə ön sıralarda şou biznes nümayəndələri qərarlaşıb.
1. Teylor Svift (170 milyon $) Dərgidə qeyd olunan məlumatda bildirilib ki, ötən illə müqayisədə amerikalı müğənninin gəliri 3 dəfə çoxalıb və Teylor Svift bu gün dünyanın ən varlı xanımı hesab edilir. O, bu pulun əksəriyyətini 4 milyon tirajla satılan "1989" adlı albomundan və eyniadlı konsert turundan əldə edib.
2. "One Direction" ( 130 milyon $) İkinci pilləni Britaniyanın musiqi qrupu zəbt edir. Qrup üzvlərinin dəyişməsinə baxmayaraq onlar "Four" adlı albomlarınının satışından yaxşı gəlir əldə edə biliblər. Bundan əlavə olaraq, qrup üzvlərindən olan Nayl Xoran ilə Selena Qomez arasında eşq yaşandığı barədə gəzən xəbərlər medianın gündəmində olub.
3. Kriştiano Ronaldo (88 milyon $) Reytinqin 3-cü pilləsində dayanan məşhur futbolçu qazancı ilə yanaşı şəxsi həyatı ilə də gündəmdən geri qalmır. 50 milyon dolları Real Madriddən qazanan Ronaldo, qalan hissəni çəkildiyi reklamlardan və idman geyimləri satılan mağazalarından əldə edib.
4. Lionel Messi (80,5 milyon $) Siyahının növbəti pilləsində dünyanın ən məşhur idmançılarından olan futbolçu Messi 50 milyonu oynadığı Barselona klubundan əldə edib. Qalan hissəni isə işbirliyi etdiyi Adidas və Samsung şirkətlərindən qazanıb.
5. Adel (80,5 milyon $) Onluğun tam ortasında "25" adlı albomundan qazandığ britaniyalı müğənnidir. Adıçəkilən disk ilk həftədə 3,3 milyon satılıb. Adel daha sonra isə "Hello" mahnısına çəkdirdiyi klipi ilə gündəmi zəbt edib.
6. Madonna (76,5 milyon $) Bu pillədə hər zaman zirvədə olmağı bacaran dünya ulduzu Madonnadır! Təəccüblü deyil ki, dünyanın ən populyar müğənnilərindən birinin sonuncu 10 konsert turu ona 170 milyon dollar qazandırıb.
7. Sənətə başladığı ilk zamanlardan kütləvi şəkildə pərəstişkar toplayan Rihannanın 2015-ci ildə qazancı 75 milyon hesablanıb. Müğənninin buraxdığı "Anti" adlı diski təkcə iyul ayında 3 milyon tirajla satılıb. Bununla da barbadoslu gözəlçə yetərincə pul qazanmağı bacarıb.
8. Bu yer 66,5 milyon dollar qazanan Rollinq Stones qrupunundur. Son 3 tur ərzində məşhur qrup üzvləri 400 milyon qazanıblar.
9. Forbes jurnalının qərarına əsasən 9-cu yerdə 61 milyon dollar qazanc ilə aktyor Ceki Çandır. Yaşına baxmayaraq hələ də fəal həyat tərzi sürən aktyor rejissorluq, və prodüserlik edir. Bundan əlavə olaraq mahnılar da bəstələyir.
10. Onluğun sonuncu yerində 56,5 milyon dollar ilə Pol Makkartini qərarlaşıb. İfaçı ondan iki dəfə gənc olan müğənnilərdən daha çox konsert verir və kliplər çəkdirir.
11. Yaşının azlığına baxmayaraq 11-ci yeri 56 milyon dollarla Castin Biber zəbt edib. Milyonlarla pərəstişkarı olan ifaçı qazancının əsas hissəsini yeni albomu "Purpose"dən və ən yaxşı konsert salonlarındakı çıxışlarından əldə edib. Müğənni bundan əlavə "Calvin Klein"lə əməkdaşlıq edir.
12. Məşhur aktyor Mett Deymon kinoya gəldiyi 8 il ərzində ilk dəfə ən çox qazanan məşhurların reytinqinə düşüb. Aktyorun baş rolda oynadığı "Marsianin" filminin populyarlığı onun böyük uğur və 55 milyon $ qazandırıb. Ekran əsəri smeta dəyərindən 6 dəfə çox pul vəsait əldə edib.
13. Beyonse Noulz illik 54 milyon $ qazancı ilə reytinqin 13 -cü pilləsindədir. Məşhur gözəl ilk dəfə deyil ki, "Güclü qadınlar" və "Özləri özlərini yaradan qadınlar" reytinqinə düşür. Müğənninin əməksevərliliyinə həsəd aparmaq olar.
14. Qordon Ramzi (54$ milyon) - Dünyada heç bir aşpaz bu şotland kulinarından çox qazanmır. O, əsas qazancını aparıcısı olduğu Britaniya və Amerikanın kulinar şoularından alır. Qordon Ramzi gözəl yemək hazırlayır. Amma bununla yanaşı onun dünyada 30 restoran şəbəkəsi var.
15. Jey Z (53.5 milyon $) Amerikalı repçi həyat yoldaşı Beyonsedən çox da geri qalmır. Lakin, ondan fərqli olaraq bu il çoxsaylı konsertlərlə özünü yormayıb və yeni albom buraxmayıb. Jey Z-nin əsas qazancı reklam şirkətlərindən və kommersiya təkliflərindən ibarətdir. O, həmçinin şəxsi geyim brendinin və səsyazma studiyalarının sahibidir.
16. Tom Kruz (53 milyon $) Bu, yaraşıqlı aktyorun son onillikdə qazandığı ən çox məbləğdir. Tom Kruz inanılmaz istedadı və əməksevərliliyi ilə hər dəfə reytinq cədvəllərinə liderlik edir. 52 yaşına baxmayaraq nəhəng pərəstişkar ordusuna sahibdir.
17. Kim Kardaşyan ( 51 milyon $) Realiti-şou ulduzu yeni statusa sahiblənib: o, indi sahibkardır. Mobil cihazlar üçün yaradılmış "Kim Kardaşyan. Hollivud" oyunu 2015-ci ildə ona 70 milyon dollara yaxın pul qazandırıb. Məşhur teleaparıcı elə bu gün də qazancının yarıdan çoxunu məhz bu oyunun hesabına alır.
18. Coni Depp (48 milyon $) Bu amerikalı aktyor həyat yoldaşı ilə məhkəmə çəkişmələrinə və ictimai qalmaqallarına baxmayaraq, karyerasında eniş etmədi. Coni Depp "Karib dənizinin piratları" filminin sonuncu hissəsindən aldığı avans və "Alisa Möcüzələr ölkəsində" filmindən əldə etdiyi qonararla qazancını nəzərə çarpacaq dərəcədə artıra bildi.
19. Cennifer Lourens (46 milyon dollar) Amerikalı aktrisa artıq ikinci ildir ardıcıl olaraq ən çox ödənişli Hollivud qadını hesab edilir. Lourens "Ac oyunlar" filminə çəkilməklə yalnız dünya populyarlığı deyil, yaxşı qonarar da qazandı.
20. Ben Afflek (43 milyon $ ) Dünyanın kino tənqidçiləri "Betman Supermenə qarşı" filmi haqqında nə qədər tənqidlər səsləndirsələr də, bu ekran işi prokatlardan 870 milyon dollar qazandı. Filmin bu uğuru Ben Afflekə karyerası ərzində ən çox qonarar gətirdi.
Milli.Az


















