"Təyyar Bayramovdan muğam dərsi almışıq. Onun tələbəsiyik".
Bu sözləri axşam.az-a açıqlamasında müğənnilər Sevil və Sevinc Səfərovalar deyiblər.
Əkiz bacılar muğam oxuya bilmədiklərini deyənlərə belə cavab veriblər:
"Biz estradanı atıb, muğam oxuyacağımızı demirik. Dərsə sırf muğamdan xəbərdar olmaq üçün getmişik. Bir şeyi ki bacarmırsan, başını o kola salma. Alınmayacaqsa, niyə onu korlamalısan? Muğam dərsini məlumat toplamaq üçün aldıq".
Sevil və Sevinc müğənnilərin əksəriyyətinin türk boğazları ilə oxumasından söz açıblar:
"Şou-biznesimizdə o qədər Əmrah, Ebru Gündeş var ki... Müğənnilərimizin çoxu türk boğazları ilə oxuyurlar, nəinki muğam tərzində. Yalandan deməyim, türklərə qulaq asmırıq. Biz Ebru Gündeşin ifası ilə böyümüşük".
Milli.Az