Məşhur müğənni Rihannanın “Anti World” adlı turu davam edir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı ifaçının son konserti Almaniyanın Münhen şəhərindəki Olimpiya stadionunda baş tutub.

Konserti izləyənlər arasında məşhur qələm fabriki “Faber-Castell”in varisi, biznesmen Çarlz von Faber-Castell və türk həyat yoldaşı Melisa Eliyeşil də olub. Avropanın ən varlı ailələrindən olan Faber-Castellin son rəhbəri konsertdən sonra kulisə gedərək Rihannaya xüsusi hazırlanmış qələm hədiyyə edib.

Melisa Eliyeşil də fürsətdən istifadə edərək müğənniylə şəkil çəkdirib.

Rihannanın kulisinə sürpriz ziyarət - foto