Bu gün İngiltərə Premyer Liqasında (İPL) 2016/17 mövsümünə start verilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki,mövsümün ilk oyununda son çempion "Lester" səfərdə "Hall Siti"ylə qarşılaşıb.
Klaudio Ranyerinin yetirmələri çempionata uğursuz start veriblər. Belə ki, son çempion ilk oyunda 1:2 hesabıyla uduzub.
"Everton"un "Tottenhem"lə bərabərə qaldığı (1:1) oyun gününün son matçında "Mançester Siti" "Sanderlend"i qonaq edəcək.
Turun ən maraqla gözlənilən qarşılaşmaları isə sabah baş tutacaq.
Londonun "Emireyts" stadionunda "Arsenal" və "Liverpul" münasibətlərinə aydınlıq gətirəcəklər.
Mourinyo, Poqba və İbrahimoviçli "Mançester Yunayted" isə "Bornmut" səfərinə yollanacaq.
Və nəhayət turun son oyununda London derbisi olacaq. Antonio Konte ilə keçən mövsümkü uğursuzluğu unutdurmağa çalışan "Çelsi" Slaven Biliçin rəhbərliyi ilə özündən söz etdirən "Vest Hem"i qonaq edəcək.
İngiltərə Premyer Liqası
I tur
13 avqust
"Hall Siti" - "Lester" - 2:1
Qollar: Diomande, 45. Snodqrass, 57 - Mahrez, 47-pen.
"Bernli" - "Suonsi" - 0:1
Qol: Fer, 82
"Kristal Pelas" - "Vest Bromviç" - 0:1
Qol: Rondon, 74
"Everton" - "Tottenhem" - 1:1
Qollar: Barkli, 5 - Lamela, 60.
"Midlsbro" - "Stok Siti" - 1:1
Qollar: Neqredo, 11 - Şaqiri, 67
"Sautqempton" - "Uotford" - 1:1
Qollar: Redmond, 58 - Kapu, 9
"Mançester Siti" - "Sanderlend" - 2:1
Qollar: Aquero, 4 (pen.), Makneyr, 87 (öz qapısına) - Defo, 71
14 avqust
"Bornmut" - "Mançester Yunayted" - 1:3
Qollar: Smit, 69 - Mata, 40, Runi, 59, İbrahimoviç, 64
"Arsenal" - "Liverpul" - 3:4
Qollar: Uollkot, 31, Oksleyd-Çemberleyn, 64, Çambers, 75 - Koutinyo, 45+1, 56, Lallana, 49, Mane, 63
15 avqust
23:00 "Çelsi" - "Vest Hem"
Milli.Az