Ötən gün "Victoria's Secret"in məşhur modeli İsabeli Fontana ilə müğənni Dieqo Ferrero nikah masasına əyləşiblər. Maldiv adalarında qum üzərində keçən mərasim bir çox məqamlarla yadda qalıb. Bu toyda daha çox diqqəti cəlb edənsə modelin gəlinliyi olub. İ. Fontana gəlinliyi ilə bir ilkə imza atıb. "Victoria's Secret"in gözəli şəffaf, tül gəlinliyi ilə bütün diqqətləri üzərinə cəlb edib.
33 yaşlı, italyan mənşəli braziliyalı supermodelin toyu üçün seçdiyi gəlinlik ictimai mediadan paylaşılan fotoşəkillərdən sonra müzakirə mövzusu olub. İ. Fontananın tül gəlinliyini Braziliyanın mayo-bikini markası "Agua de Coco"ya məxsusdur.
Qeyd edək ki, 1996-cı ildə hələ 13 yaşında İsabeli "Elite Model Look" modellik yarışına qatılıb. Müsabiqədə qalib gələn İsabeli Cənubi Braziliyadan İtaliyanın Milan şəhərinə köçərək professional modelliyə başlayıb. 16 yaşında "Victoria's Secret"in alt paltarları kataloqunda çəkilib. Qalmaqal və mübahisələrə səbəb olan bu hadisə onu məşhur edib.
Milli.Az lent.az-a istinadən Dieqo və İsabelin toyundan olan fotoları təqdim edir.
Milli.Az












