Premyer Liqanın ilk turunda "Everton"a qarşı görüşün 35-ci dəqiqəsində zədələnərək əvəzlənən "Tottenhem"in qapıçısı Uqo Lorisin vəziyyətinə aydınlıq gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli qapıçının zədəsi ciddidir. O, 1 ay meydana çıxa bilməyəcək.

Loris "Kristal Pelas", "Liverpul", "Stok Siti", "Sanderlend"lə görüşlərdə, eləcə də Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda komandasına kömək edə bilməyəcək.

Milli.Az