"O Ses Türkiye"nin münsiflər heyətindən ayrılan Ebru Gündeşə həmkarları Hadisə və Murad Boz vida edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ebru sosial mediadan 3 ildir olduğu proqramı tərk etdiyini açıqlamışdı.

Hadisə öz profilində "Ebru, sən mənim üçün çox önəmlisən" cümləsiylə başlayan vida mesajı yazıb. M.Boz isə "Çox darıxacağam" yazaraq fikrini bildirib.

Milli.Az

Hadisə və Murad Ebruya belə vida etdi - FOTO
Hadisə və Murad Ebruya belə vida etdi - FOTO