Avropada yeni mövsümün start həyəcanı artıq arxada qalıb. İlk turlardan sonra kimin iddialı, kimin izləyici rolunda olmasının işartıları görünməkdədir.
Gözlənildiyi kimi İngiltərə çempionatında güzəştsiz oyunların şahidi oluruq. Mançester derbisində xosep Qvardiolanın komandası Joze Mourinyonun komandasını səfərdə məğlub etməklə bunu bir daha sübut etdi. İlk 3 turda itkisiz irəliləyən 3 komandadan ikisi bu dəfə büdrədi. "Mançester Yunayted" həmşəhərlilərinə uduzdusa, "Çelsi" "Suonsi" ilə xalları yarı böldü. Turun digər maraqla gözlənilən oyunu isə Liverpulda baş tutub. Burda Yurgen Kloppun yetirmələri son çempion "Lester"i 4:1 hesabıyla darmadağın edib.
İspaniya La Liqasında da növbəti tur sensasiyayla yadda qaldı. "Barselona" cari mövsümdə ilk məğlubiyyətini aldı. Elə "Real"ın 5:2 hesablı məğlubiyyəti də az təəccübləndirmədi. Son illər bu iki nəhəngə rəqabət təklif edən "Atletiko" da nəhayət ki, yeni mövsümdə qələbə sevinci daddı. "Hindular" "Selta"nı 2-ci hissədə vurulan qollarla 4:0 hesabıyla məğlub ediblər.
İtaliyada hələ ki dəyişən bir şey yoxdur. Son çempion "Yuventus" 3-cü turu da qələbəylə başa vurdu. Onun ən yaxın izləyiciləri isə son illərdə görməyə alışdığımız "Napoli" və "Roma"dır. Milan nəhəngləri isə liderlər qrupundan çox uzaqdır. "İnter" cari mövsümdə ilk qələbəsini hələ bu tur qazandı. "Milan" isə evində "Udineze"yə uduzmaqla ciddi məqsədlərdən uzaq olduğu görüntüsü yaratdı.
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Fiorentina" "Cenoa"nın qonağı olub. Ancaq Florensiya təmsilçisinə Genuyada keçirilən oyunu başa vurmaq qismət olmayıb. Belə ki, görüşün baş hakimi oyunun 28-ci dəqiqəsində, güclü yağışa görə qarşılaşmanı dayandırmalı olub.
Almaniya Bundesliqasında 2-ci turunda ən diqqətçəkən məqam Dortmund "Borussiya"sının məğlubiyyəti oldu. "Sarı-qaralar" bu il Bundesliqaya vəsiqə qazanmış "Leyptsiq"ə uduzdu - 0:1.
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Maynts" evdə "Hoffenhaym"ı sınağa çəkib. "Maynts" ilk hissədən sonra 4:1 hesabıyla üstün olsa da, bu üstünlüyü qoruya bilməyib. 8 qolun vurulduğu oyun "sülh"lə başa çatıb - 4:4. İki turdan sonra hesabında 1 xal olan "Maynts" 14-cü pillədə qərarlaşıb.
Fransa çempionatında 4-cü tur ənənəvi liderlərin uğursuzluğuyla yadda qaldı. Çempion ardıcıl ikinci oyunda da qələbəyə həsrət qaldı. Ötən tur məğlub olan PSJ bu dəfə "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent-Etyen"lə xalları böldü. "Lion" "Bordo"ya məğlub oldu. Hazırki liderlərin duelində "Nitsa" evdə "Monako"nu yendi. "Qırmızı-qaralar"ın oyunda vurduğu qollardan 2-nə klubun yeni transferi Mario Balotelli imza atıb.
Türkiyə Superliqasında 3-cü tur İstanbul nəhənglərinin xal itkisiylə yadda qaldı. Daha doğrusu, "Qalatasaray" Kayseridən 1 xalla dönsə də, "Fənərbaxça" ümumiyyətlə turu xalsız başa vurdu. Çempion "Beşiktaş" "Karabükspor"u məğlub edib - 3:1.
Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" isə bu gün "Osmanlıspor"u qəbul edib. Şeydayevin iştirak ərizəsinə salınmadığı oyun 2:0 hesabıyla qonaqların qələbəsiylə nəticələnib. Xatıraladaq ki, Ramil "Trabzonspor"da rəsmi oyunlarda hələ ki, debüt etməyib.
Milli.Az publika.az-a istinadən Avropanın aparıcı ölkələrinin çempionatlarında bütün nəticələri təqdim edir.
İspaniya. La Liqa, 3-cü tur
9 sentyabr
Real Sosyedad - Espanyol 1:1
Villian Xose, 78 - Piatti, 62.
10 sentyabr
Selta - Atletiko 0:4
Koke, 53. Qrizmann, 73; 81. Korrea, 89.
Real - Osasuna 5:2
Ronaldo, 6. Danilo, 40. Serxio Ramos, 45+1. Pepe, 56. Luka Modriç, 62 - Riera, 64. David Qarsiya, 78.
Malaqa - Vilyarreal 0:2
Jaume Kosta, 32. Sansone, 44.
Sevilya - Las-Palmas 2:1
Sarabia, 89-pen. Karlos Fernandes, 90+4-pen - Tana, 16.
Barselona - Alaves 1:2
Matyu, 46 - Deyverson, 39. İbai, 64.
11 sentyabr
Sportinq X - Leqanes 2:1
Kases, 17. Kop, 43-pen - Riko, 58.
Valensiya - Betis 2:3
Rodriqo, 75. Qaray, 78 - Ruben Kastro, 38; 90+2. Xoakin, 54.
Qranada - Eybar 1:2
Kravets, 77 - Pedro Leon, 43. Enrix, 90+4.
Deportivo - Atletik 0:1
Raul Qarsiya, 41.
İtaliya. A seriyası, 3-cü tur
10 sentyabr
Yuventus - Sassuolo 3:1
İquayn, 4; 9. Pyaniç, 27 - Antei, 33.
Palermo - Napoli 0:3
Hamşik, 47. Kallehon, 51; 65.
11 sentyabr
Bolonya - Kalyari 2:1
Verdi, 23. Di Françesko, 74 - Bruno Alveş, 83.
Milan - Udineze 0:1
Perika, 88.
Roma - Sampdoriya 3:2
Salah, 8. Dzeko, 61. Totti, 90+3-pen - Muriel, 19. Qualyarella, 41.
Atalanta - Torino 2:1
Masiello, 56. Kessie, 82-pen - Falke, 54.
Kyevo - Latsio 1:1
Qamberini, 52 - Keyta, 55.
Cenoa - Fiorentina 0:0 (təxirə salınıb)
Peskara - İnter 1:2
Bahebek, 63 - İkardi, 77; 90+1.
12 sentyabr
22:45 Empoli - Krotone
İngiltərə. Premyer Liqa, 4-cü tur
10 sentyabr
Mançester Yunayted - Mançester Siti 1:2
İbrahimoviç, 42 - De Bruyne, 15. İheanaço, 36.
Arsenal - Sautqempton 2:1
Koselni, 29. Kazorla, 94-pen - Çex, 18-avtoqol.
Bornmut - Vest Bromviç 1:0
Uilson, 79.
Bernli - Hall Siti 1:1
Defur, 72 - Snodqrass, 90+5.
Middlsbro - Kristal Pelas 1:2
Ayala, 38 - Benteke, 16. Zaha, 47.
Stok Siti - Tottenhem 0:4
Honq-Min, 41; 56. Alli, 59. Keyn, 70.
Vest Hem - Uotford 2:4
Antonio, 5; 33 - İqalo, 41. Dini, 45+2. Kapu, 53. Holebas, 63.
Liverpul - Lester 4:1
Firmino, 13; 89. Mane, 31. Lallana, 56 - Vardi, 38.
11 sentyabr
Suonsi - Çelsi 2:2
Siqurdsson, 60-pen. Fer, 62 - Dieqo Koşta, 18; 81.
12 sentyabr
23:00 Sanderlend - Everton
Almaniya. Bundesliqa, 2-ci tur
9 sentyabr
Şalke - Bavariya 0:2
Levandovski, 81. Kimmix, 90+2.
10 sentyabr
Bayer - Hamburq 3:1
Pohyanpalo, 79; 90+1. 90+4 - Vud, 58.
İnqolştadt - Herta 0:2
İbişeviç, 8. Şayber, 86.
Frayburq - Borussiya M 3:1
Filip, 54; 85. Petersen, 88-pen - Hazard, 35.
Darmştadt - Aytraxt F 1:0
Siriju, 90.
Volfsburq - Köln 0:0
Leyptsiq - Borussiya D 1:0
Keyta, 89.
11 sentyabr
Verder - Auqsburq 1:2
Yohansson, 45+1 - Qauleu, 52. Stafilidis, 73.
Maynts - Hoffenhaym 4:4
De Blasis, 4; 23. Kordoba, 27. Öztunalı, 43 - Vaqner, 39. Ut, 71; 73. Salay, 84.
Fransa. Liqa-1, 4-cü tur
9 sentyabr
PSJ - Sent-Etyen 1:1
Lukas, 66-pen - Beriç, 90+1.
10 sentyabr
Lion - Bordo 1:3
Kalulu, 2 - Malkom, 33. Sertik, 71. Menez, 90+1.
Anje - Dijon 3:1
Didhu, 15. N'Doye, 67. Ekambi, 75 - Sammaritano, 8.
Loryan - Nansi 0:2
Benasser, 33. Deyl, 89.
Genqam - Monpelye 1:1
Koko, 36 - Sanson, 11.
Lill - Monako 1:4
Palmyeri, 90 - Sidibe, 2. Traore, 17. Fabinyo, 48. Qlik, 71.
Bastiya - Tuluza 2:1
Diallo, 20. Benqtsson, 83 - Breyzveyt, 68.
11 sentyabr
Nant - Mets 0:3
Mevlut Erdinc, 18; 45+3-pen, 78.
Renn - Kan 2:0
Said, 47. Prçiç, 90+3.
Nitsa - Marsel 3:2
Balotelli, 7-pen; 78. Kiprien, 87 - Tauvin, 14. Qomis, 73-pen.
Türkiyə. Superliqa, 3-cü tur
10 sentyabr
Başakşəhər - Kasımpaşa 3:1
Edin Viska, 67. Mossoro, 72. Özmert, 90+4.
Kayserispor - Qalatasaray 1:1
Velliton, 40 - Yasin Öztəkin, 42.
Adanaspor - Qaziantepspor 0:0
Gənclərbirliyi - Alanyaspor 0:0
Beşiktaş - Karabükspor 3:1
Cenk Tosun, 26. Ömər Şişmanoğlu, 31. Oğuzhan Özyakup, 82 - Traore, 18.
11 sentyabr
Rizəspor - Akhisar 1:0
Atiemven, 49.
Trabzonspor - Osmanlıspor 0:2
Ndiaye, 34. Rusesku, 88.
Antalyaspor - Konyaspor 1:3
Eto, 90+1 - Ömər Ali Şahiner, 49; 55. Rangelov, 65.
Fənərbaxça - Bursaspor 0:1
Batalla, 33.
Milli.Az