"O səs Türkiyə" yarışmasına müraciətlər artıq başlayıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, TV8-də yayımlanacaq proqramın noyabrın sonu-dekabrın əvvəlində yayımlanacağı gözlənilir.
Hələ şəhərlər üzrə seçim turları başlamasa da, artıq telekanalın rəsmi saytından iştirak üçün müraciət etmək mümkündür. Hazırda "Rising Star" yarışması yayımlandığı üçün "O səs Türkiyə" keçənilkikimi mövsümün tam əvvəlindən start götürməyəcək.
Qeyd edək ki, səs yarışmasının münsiflər heyətində Ebru Gündeşi əvəz edən Sibel Candan əlavə Murad Boz, Hadisə və Gökhan-Hakan Özoğuz qardaşları yer alacaq.
Milli.Az