"Apple Tree Communications" şirkəti müxtəlif sosial şəbəkələrdə aktivliyi ilə seçilən məhşur qadınların reytinq cədvəlini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, reytinq siyahısına amerikalı müğənni Teylor Svift başçılıq edir.

Onun "Facebook", "Instagram" və "Twitter"dəki ümumi istifadəçilərinin sayı 246 milyon nəfərdir.

2-ci pillədə 219 milyon izləyiciyə sahib müğənni Ketti Perri yer alıb.

205 milyon izləyici ilə Selena Qomez üçüncü və 190 milyon izləyicisi ilə Rihanna isə dördüncü olub.

Milli.Az