Bu məşhurlar hələ gənc müğənnilər yaşlarının 30-dan az olmasına baxmayaraq dünyanın ən bahalı və lüks evlərində yaşayırlar. Onlar şou dünyasından qazandıqları gəlirin böyük hissəsini məhz mənzilə xərcləyirlər.

Publika.az bahalı evlərə sahib olan bəzi gənc məşhurların siyahısını təqdim edir:

Taylor Svit

Gənc müğənnilərin milyonluq EVLƏRİ - FOTOLAR

Məşhur pop ulduzu Taylor Svitin Rhode adasında 17.75 milyon dollar dəyərindəki villası görənləri heyrətə gətirir.

Robert Pattinson

Gənc müğənnilərin milyonluq EVLƏRİ - FOTOLAR

Alacaqaranlıq filmində vampir roluyla şöhrət tapan məşhur aktyor Robert Pattinson evinin yalnız dekorasiyasına 2.2 milyon dollar xərcləyib. Evin dəyərini siz düşünün!

Bruno Mars

Gənc müğənnilərin milyonluq EVLƏRİ - FOTOLAR

“The Locked Out of Heaven” albomuyla musiqi siyahılarında zirvəyə yerləşən məşhur müğənni Kaliforniyadakı 7 yataq otağı və 8 hamamı olan villasını həm də studiya olaraq istifadə edir.

Ledi Qaqa

Gənc müğənnilərin milyonluq EVLƏRİ - FOTOLAR

Məşhur müğənninin 23 milyon dollar dəyərindəki 5 yataq otağı və 7 hamamı olan möhtəşəm köşkü Malibuda yerləşir.

Rihanna

Gənc müğənnilərin milyonluq EVLƏRİ - FOTOLAR

Rihannanın 15 milyon dollar dəyərindəki evi. Bu, onun ən sevdiyi mənzillərdən yalnız biridir.

Castin Biber

Gənc müğənnilərin milyonluq EVLƏRİ - FOTOLAR

“Calvin Klein” markasının alt paltar modelliyini edən məşhur müğənni Beverli Hillsdə 6 yataq otağı olan evə ayda 59000 dollar kirayə ödəyir.

Keşa

Gənc müğənnilərin milyonluq EVLƏRİ - FOTOLAR

Məşhur müğənninin İspan arxitekturasından və 1920 illərdən ilham alan Los Ancelesdəki ekzotik evi 1.65 milyon dəyərindədir.

Dilrubə Vaqifzadə